RU

Lavrov Ukraynadakı müharibəyə son qoymağın şərtlərini açıqlayıb

ain.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Ukraynadakı münaqişəyə son qoymaq onun səbəblərini aradan qaldırmadan mümkün deyil”

Rusiya xarici işlər naziri Sergey Lavrov Ukraynadakı münaqişəyə son qoymaq üçün şərtləri açıqlayıb. AYNA.AZ-ın məlumatına görə, nazir “RIA Novosti”yə verdiyi müsahibədə deyib ki, “münaqişənin kök səbəblərini aradan qaldırmadan və Moskvanın maraqlarını nəzərə almadan hərbi əməliyyatlara son qoymaq mümkün deyil”.

Eyni zamanda, diplomat “Krım və Sevastopolun suverenliyi məsələsinin Rusiya üçün bağlı olduğunu” vurğulayıb. Nazir “yerli sakinlərin 2014-cü ildə öz müqəddəratını təyin etmək hüququndan istifadə etdiklərini” və “Rusiya ilə yenidən birləşmək qərarına gəldiklərini” xatırladıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
32
ayna.az

1Источники