ABŞ-də Obern-Hilz Şəhər Şurasına üzv seçilmiş Qreq Uellett səslərin hesablanması zamanı ürəktutmadan vəfat edib.
Şəhər rəsmiləri seçki məntəqələri bağlandıqdan sonra onun ölümünü elan ediblər.Xəbərdə bildirilir ki, bu, onun 2023-cü ildə məğlub olduqdan sonra şəhər şurasına namizəd olmaq üçün ikinci cəhdi idi.
Uellett noyabrın 17-də şəhər şurasına seçilməsi ilə bağlı andiçmə mərasiminə qatılmalı imiş. Şuranın iclasında hörmət əlaməti olaraq, qalib namizədin yerini boş qoyacaqlar.