RU

La Liqa təmsilçisi satılır

BAKI, 9 noyabr. TELEQRAF

İspaniyanın "Sevilya" klubu 2026-cı ilin əvvəlinə qədər satıla bilər.

Teleqraf xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, sövdələşmə 300 milyon avro dəyərində olacaq. Satışın baş tutması üçün bütün əsas səhmdarlar arasında razılaşma tələb olunur.

Gələcək sahiblər həmçinin "Sevilya"nın 200 milyon avrodan çox qiymətləndirilən borclarını da bağlayacaqlar.

Qeyd edək ki, "Sevilya" cari mövsümün XII turundan sonra La Liqanın turnir cədvəlində 16 xalla səkkinzinci pillədə qərarlaşıb.

Избранный
39
teleqraf.com

1Источники