RU

Güclü tornado 750 nəfəri yaraladı

ain.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Braziliyanın Parana ştatında baş verən güclü tornado böyük dağıntılara səbəb olub."Unikal" xəbər verir ki, yerli hakimiyyətin məlumatına görə, Rio-Bonito-du-Iquaçu şəhərində infrastrukturun 80%-dən çoxu sıradan çıxıb.

Təbii fəlakət nəticəsində 750 nəfər xəsarət alıb, bir çox yaşayış evləri, məktəblər və ictimai binalar dağılıb. Şəhərdə elektrik və rabitə xətləri də zədələnib, bölgədə fövqəladə vəziyyət elan olunub.

Xilasetmə qrupları və ordu hazırda dağıntılar altında qalan insanların axtarışı və zərərçəkənlərə yardım işlərini davam etdirir. Şəhərə əlavə tibbi briqadalar və humanitar yardım göndərilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
12
5
unikal.az

10Источники