RU

14 ildən sonra ilk Trabzon–Soçi bərə reysi uğursuzluqla nəticələndi

Türkiyə ilə Rusiya arasında bərə əlaqəsi yenidən qurulmalı olduğu halda təhlükə altına düşüb və nə vaxt bərpa olunacağı bilinmir.

Musavat.com xəbər verir ki, Trabzondan Soçiyə yollanan Sea Bridge adlı bərə Soçi limanına daxil olmaq üçün icazə ala bilməyib.

Şəhər sahillərində iki sutkadan artıq gözlədikdən sonra gəmi sərnişinləri endirmədən geri – Türkiyənin Trabzon şəhərinə qayıtmağa məcbur olub.

“SVS Shipping” MMC-nin baş direktoru Sergey Turkmenyan bərənin limana buraxılmadığını rəsmi şəkildə təsdiqləyib. Məlumata görə, bərədə 20 nəfər olub: 18-i Rusiya, 2-si Türkiyə vətəndaşı. Onlar Soçi sahillərində iki gün yarımdan çox gözləməli olublar.

Musavat.com 

Избранный
60
musavat.com

1Источники