RU

Göygöldə Zəfər Gününə möhtəşəm “Zəfər” konserti

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümü münasibətilə möhtəşəm “Zəfər” konserti keçirilib. Tədbir İcra Hakimiyyətinin inzibati binasının qarşısında təşkil olunub.

Konsert proqramında Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi qələbə, qəhrəman şəhidlərimizin əziz xatirəsi və igid qazilərimizin fədakarlığı dərin ehtiramla yad olunub. Respublikanın tanınmış sənətçiləri və yerli mədəniyyət kollektivləri vətənpərvərlik ruhunda mahnılar və musiqi kompozisiyaları ilə çıxış edərək tamaşaçılara unudulmaz anlar yaşadıblar.

Bayram ovqatı içində keçən tədbirdə iştirakçılar Zəfər Gününün yaratdığı qürur və sevinci birgə bölüşüblər. Gecənin sonunda təşkil olunan möhtəşəm atəşfəşanlıq Göygöl səmasını Zəfər rənglərinə bürüyüb.

Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların nümayəndələri, müharibə iştirakçıları, şəhid ailələri, qazilər, rayon ictimaiyyəti və qonaqlar iştirak ediblər.

Zəfər Gününə həsr olunmuş bu tədbir bir daha Azərbaycan xalqının birliyini, vətənə sevgisini və qələbə ruhunu əks etdirib.

Hamlet Qasımov
XQ-nin bölgə müxbiri

Избранный
47
1
xalqqazeti.az

2Источники