RU

Qusmana Türkiyədə beynəlxalq media mükafatı verildi

Türkiyədə tanınmış jurnalist və media meneceri Mixail Qusmana beynəlxalq media mükafatı təqdim edilib.

Publika.az xəbər verir ki, mükafatın təqdim edilməsi mərasimi noyabrın 8-də Türkiyənin Alanya şəhərində keçirilib. Türk Dövlətləri Təşkilatı Baş katibinin müavini Ömer Kocaman media mükafatını Mixail Qusmana təqdim edib.

Tədbirdə Mixail Qusmanın uzun illər beynəlxalq media məkanında səmərəli fəaliyyətindən bəhs olunub. Həmçinin qeyd edilib ki, jurnalist Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyinə və siyasi fəaliyyətinə həsr olunmuş sənədli filmin müəllifidir.

Избранный
34
7
publika.az

10Источники