RU

Filippində "Kalmaeqi" qasırğası: Ölənlərin sayı 220 nəfəri ötüb

Filippində "Kalmaeqi" qasırğası nəticəsində ölənlərin sayı 224-ə çatıb, 109 nəfər isə itkin düşüb.

 

Bu barədə "GMA News" telekanalı Filippin Mülki Müdafiə İdarəsinə istinadən məlumat yayıb.

 

Qasırğa səbəbindən ölkədə ümumilikdə 526 nəfər xəsarət alıb, yüzminlərlə insan isə evlərini tərk etmək məcburiyyətində qalıb.

 

53 yaşayış məntəqəsində fövqəladə vəziyyət elan edilib. Filippin Prezidenti Ferdinand Markos respublikada milli fəlakət rejimi elan edib.

Избранный
53
senzor.az

1Источники