RU

keçmiş klubu üçün darıxır - Qayıtmaq niyyətindədir

“Nyukasl”ın yarımmüdafiəçisi Sandro Tonali əvvəlki klubu “Milan”a qayıtmaq niyyətindədir.

Sportinfo.az “Corriere della Sera”-ya istinadən xəbər verir ki, 25 yaşlı futbolçu İngiltərə Premyer Liqasına keçməzdən əvvəl çıxış etdiyi “Milan” üçün çox darıxır.

Bundan başqa, A Seriyasının digər klubu “Yuventus” da Tonalinin xidmətində maraqlıdır. Onun “Nyukasl”la müqaviləsində heç bir çıxış şərti yoxdur.

Yəni, hansısa klub Tonalini transfer etmək istəsə, birbaşa “sağsağanlar”la danışıq aparmalıdır.

İtaliyalı futbolçu 2021-ci ilin yayında “Milan”dan “Nyukasl”a transfer olunub. Onun “Nyukasl”la müqaviləsinin müddəti 2028-ci ilə qədər nəzərdə tutulub.

Избранный
50
sportinfo.az

1Источники