RU

Səhər idmanı niyə daha çətin görünür? Bir neçə mühüm səbəb var

Qaynarinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Elmi məlumatlara görə, müntəzəm səhər idmanları çəki itkisinin sürətlənməsinə kömək edə bilər. Lakin eyni zamanda çoxsaylı araşdırmalar göstərir ki, insanların əksəriyyəti günün ortasında və axşam saatlarında daha güclü, çevik və dözümlü olur. 

Qaynarinfo "Independent" portalına istinadən xəbər verir ki, bunun bir neçə fizioloji səbəbi var.

Sirkad ritm bədən fəaliyyətinə təsir edir

İnsan orqanizmi 24 saatlıq təbii dövrə — sirkad ritmə malikdir. Bu ritm hormonları, bədən istiliyini və oyanıqlıq səviyyəsini tənzimləyir. O, beyin tərəfindən idarə olunur, lakin gün işığı kimi xarici amillərdən də asılıdır. Məhz buna görə də, xüsusən qış aylarında səhər məşqləri bir çox insan üçün daha çətin olur.

Araşdırmalar göstərir ki, sirkad ritm fiziki fəaliyyətlə sıx əlaqəlidir. İnsanların əksəriyyəti 16:00–19:00 saatları arasında ən yüksək fiziki göstəricilərə çatır. Bu o deməkdir ki, günün bu vaxtlarında bədən daha güclü, daha çevik və dözümlü olur.

Bunun bir neçə elmi izahı var

1. Bədən temperaturu

Daxili bədən istiliyi səhər saat 5:00 radələrində minimum səviyyəyə enir və gün ərzində tədricən yüksəlir. Temperatur artdıqca əzələlər daha səmərəli işləyir. Buna görə də axşam məşqlərində insanlar adətən daha çox güc və dözüm göstərirlər.

2. Hormonal dəyişikliklər

Qanda şəkərin səviyyəsini tənzimləyən insulin hormonu səhər saatlarında ən yüksək səviyyədə olur. Bu, qanda qlükozanın azalmasına və nəticədə orqanizmin daha az enerji istifadə etməsinə səbəb olur. Nəticədə səhər idmanları daha çox yorucu görünə bilər.

3. Sinir sisteminin fəaliyyəti

Bəzi elmi sübutlara əsasən, gün ərzində sinir sistemi əzələlərə siqnalları daha effektiv ötürür. Bu, daha çox əzələ lifinin işə salınmasına və nəticədə daha yüksək fiziki gücə səbəb olur.

4. Yuxu xronotipi

Araşdırmalar göstərir ki, "bayquş” tipli, yəni gec oyanan insanlar səhər idmanlarında "səhərçilərə” — "qaranquşlara” nisbətən daha zəif nəticələr göstərirlər. Maraqlıdır ki, yuxusuzluq bəzən günorta məşqlərinə səhərkindən daha çox təsir edir. Yəni, gec yatıb az yatan biri üçün bəzən səhər idmanı günortadan daha rahat ola bilər.

Qidalanma üzrə mütəxəssislər həmçinin bildirirlər ki, məşqdən əvvəl düzgün qidalar qəbul etmək bədən performansını artırır və yağ yandırmanı sürətləndirir.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
38
qaynarinfo.az

1Источники