“Şamaxı”nın futbolçusu Alfons Mabula Msanqa Tanzaniya yığmasına dəvət alıb. 


Rekord.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib.


Tanzaniya yığması noyabrın 12-dən 16-dək Misirdə təlim-məşq toplanışı keçirəcək. Komanda noyabrın 15-də Küveyt yığması ilə yoxlama matçında qarşılaşacaq.