ain.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İspaniyanın “Barselona” klubu təmirə bağlandıqdan sonra doğma stadionu “Kamp Nou”da ilk məşqini keçirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti sosial şəbəkədə məlumat yayıb.
Məlumata görə, məşq 23 min nəfərlə məhdudlaşan azarkeşlər üçün açıq olub.
Qeyd edək ki, Barselonadakı "Kamp Nou" stadionunun yenidən qurulmasına 2023-cü ilin iyununda başlanılıb.
Tamamlandıqdan sonra stadionun tamaşaçı tutumu 99 mindən 105 minə yüksələcək. Komandanın stadiona qayıtması dəfələrlə təsirə salınıb.
Xatırladaq ki, “Barselona" İspaniya çempionatında 11 oyundan sonra 25 xalla ikinci yeri tutur. Birinci yerdə isə 30 xalla “Real Madrid” qərarlaşır.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.