RU

İğdırda Qarabağ Zəfərinin 5 illiyi qeyd olunub

İğdır Azərbaycan Evi, İğdır Valiliyi və Azərbaycanın Qars şəhərindəki Baş Konsulluğunun birgə təşkilatçılığı ilə Qarabağ Zəfərinin 5 illiyi münasibətilə İğdır Mədəniyyət Mərkəzində tədbir keçirilib.

Aznews.az xəbər verir ki, Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və iki qardaş ölkənin Dövlət himnləri səsləndirilib.

Sonra Qarabağ Zəfərinə həsr olunan film nümayiş göstərilib.

Tədbirdə İğdır Azərbaycan Evinin sədri Ziya Zakir Acar, İğdır Universitetinin rektoru, professor Ekrem Gürel, Azərbaycanın Qars şəhərindəki Baş konsulu Zamin Əliyev və İğdır valisinin müavini Ahmet Gülçiçek çıxış ediblər.

Избранный
47
1
aznews.az

2Источники