Qeyd edək ki, noyabrın 7-də İstanbul Baş Prokurorluğu qanunsuz mərc oyunları ilə bağlı apardığı istintaq çərçivəsində 21 şübhəli barəsində həbs qərarı çıxarıb, 19 nəfər saxlanılıb. Saxlanılarlar arasında 17 hakimlə yanaşı, "Eyüpspor"un prezidenti Murat Özkaya və "Kasımpaşa" idman klubu dərnəyinin keçmiş rəhbəri Faruk Saraç da var.
Türkiyədə 600-ə qədər futbolçu qanunsuz mərc oyunları ilə bağlı aparılan istintaq çərçivəsində dindiriləcək.
APA-nın xəbərinə görə, bu barədə "Turkiye" qəzeti məlumat yayıb.
İnterpol da artıq Türkiyə hüquq-mühafizə orqanlarının apardığı istintaqla maraqlanıb. İttiham aktına əsasən, Türkiyədə futbolçular, məşqçilər və menecerlər Albaniya, Bolqarıstan və Şimali Kiprdə fəaliyyət göstərən saytlarda qanunsuz mərc oyunlarında iştirak ediblər.