RU

Günə 3 litr kök şirəsi içən dietoloq öldü

Britaniyalı alim A vitamini və kök şirəsi həddindən artıq qəbul etdiyi üçün dünyasını dəyişib.

Milli.Az xəbər verir ki, Cənubi Londondan olan 48 yaşlı Dr. Basil Brown sağlam qidalanmaya və təbii dietlərə böyük maraq göstərən alim olub. Lakin özünün təyin etdiyi rejimdə böyük həcmdə kök şirəsi və A vitamini tabletləri qəbul etməsi onun üçün ölümcül olub.

O, yalnız on gün ərzində təxminən on qalon (təxminən 38 litr) kök şirəsi içib və bunu yüksək konsentrasiyalı A vitamini əlavələri ilə birlikdə qəbul edib. Həkimlərin açıqlamasına görə, belə miqdarda A vitamini qəbulu orqanizmdə zəhərlənməyə səbəb olub, qaraciyəri sıradan çıxarıb və ölümə gətirib çıxarıb.

Onun qaraciyərində uzun müddətli spirt istifadəsində müşahidə olunan zədəyə bənzər dəyişikliklər aşkar edilib.

Rəsmi məhkəmə qərarında isə ölümün səbəbi "kök şirəsi asılılığı" kimi göstərilib. Qeyd olunur ki, alim qəbul etdiyi miqdara görə dərisi sarımtıl-narıncı rəng alıb, bu da karotin yığılmasının əlaməti olub.

Mütəxəssislər bildirirlər ki, Brown yüksək dozada qida əlavələri və təbii məhsullar qəbul etməklə hiperavitaminoz A xəstəliyinə yol açıb. Bu vəziyyət qaraciyərdə ciddi zədələr yarada, baş ağrısı və hətta komaya səbəb ola bilər.

İsmayıl
Milli.Az

Избранный
40
3
milli.az

4Источники