BAKI, 9 noyabr. TELEQRAF
Yeni Zelandiyanın Tonqaririo Milli Parkında genişmiqyaslı meşə yanğını qeydə alınıb.
Teleqraf xəbər verir ki, bu barədə "RNZ" məlumat yayıb.
Məlumata görə, alov 2500 hektardan çox meşə sahəsini əhatə edib. Yanğının söndürülməsi 24 saatdan artıq davam etsə də, hazırda yalnız 20% hissə lokallaşdırılıb.
Hadisə şahidlərinin sözlərinə görə, bəzi yerlərdə alovun hündürlüyü 30 metrə çatır.
Yanğının söndürülməsinə 12 helikopter, 5 təyyarə və 4 yerüstü yanğınsöndürmə briqadası cəlb edilib.
Hazırda alovun yayılmasının qarşısının alınması istiqamətində işlər davam etdirilir.
Qeyd edək ki, Tonqaririo Milli Parkında “Üzüklərin Hökmdarı” filminin bir çox səhnələri çəkilib.