RU

“Fasiləyə qədər maksimum xallar toplamağa çalışacağıq” - Azər Bağırov

style='margin-bottom:10px;'>

"Zəfər günü" və "Bayraq gün"lərimizi təbrik edirəm. Allahdan şəhidlərimizə rəhmət diləyirəm. Oyuna gəldikdə, istədiyimiz heyətlə meydana çıxa bilmirik. Bütün oyunlar çətin keçir. Nəsə etmək istəyirik. Sadəcə cüzi səhvləri təkrarlayırıq və istəmədiyimiz qolları buraxırıq. Amma komandanı istədiyimiz formaya salacağıq. Rəqibi təbrik edirəm".

QOL.az sportal.az-a istinadən xəbər verir ki, bu sözləri “Kəpəz”in baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 11-ci turunun “Sabah”la oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.

O, jurnalistlərin suallarını cavablandırıb.

- Heyətlə bağlı problem var idi?

- Ötən mövsüm də komandanı götürdükdən sonra 3 məğlubiyyət yaşadıq, ardınca bir qələbə qazandıq. İndi isə əksi oldu. Enişlər yaşadıq. Bu gün Dioqo Verdaşka yox idi. Ötən mövsüm tam fərqli vəziyyət idi. Səbəbləri bilirəm. Amma bu, problemlərin həlli deyil. Qışa qədər maksimum xallar toplamağa çalışacağıq ki, fasilədə səhvlərin cavablarını alacaqsız.

- Bu mövsüm Premyer Liqada qalmaq potensialınız var?

- Ötən mövsüm 32 xal yığmışdıq. Qışdan sonra ilk dördlükdə idik. Komandaların sayı çox olduqca, xallar bölünür deyə, 20-21 xal bəs edəcək ki, hansısa komanda Premyer Liqada qalsın. "Karvan-Yevlax" dünən son dəqiqələrdə qol buraxdıq. Bu gün ikinci qolu vursaydıq, geri dönüş edərdik. Daha yaxşı olacağıq. Qışdan sonra 17 oyun olacaq. Çox böyük xallardır.

Избранный
14
10
teleqraf.com

10Источники