RU

Boksçumuz İslam Həmrəyliyi Oyunlarının finalına yüksəldi

Azərbaycanın boksçusu Səidcəmşid Cəfərov Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında yarımfinal görüşünə çıxıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, 80 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finala gedən yolda iordaniyalı idmançı Hüseyn Laşhaişlə qarşılaşıb. Rəqibinə 5:0 hesabı ilə qalib gələn boksçumuz adını finala yazdırıb.

Qeyd edək ki, bu gün, həmçinin Aynur Mikayılova (57 kiloqram), Fatimə Mehdiyeva (65 kiloqram), Məhəmmədəli Qasımzadə (60 kiloqram) və Sərxan Əliyev (70 kiloqram) də yarımfinalda mübarizə aparacaqlar.

Milli.Az

Избранный
17
7
milli.az

9Источники