Ər-Riyad, 9 noyabr, Elnur Salahov, AZƏRTAC
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Ər-Riyad şəhərində təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarında növbəti oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, yığmamız Türkiyə kollektivi ilə qarşılaşıb. Görüş rəqibin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Azərbaycan millisi İslamiadada 4-cü matçını noyabrın 12-də Əfqanıstan seçməsinə qarşı keçirəcək.