RU

Sayğaca forsaj verən cihazlar İşıq pul çatdırmaq olmur

Milli.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Evdə işıq sayğacını sürətlə fırladan əşyalar müəyyən edilib.

Milli.Az xəbər verir ki, evdə ən çox enerji sərf edən və sayğacın daha sürətlə fırlanmasına səbəb olan cihazlar elektrik isidicilər, su qızdırıcıları, kondisioner və klimat sistemləri hesab olunur.

Həmçinin elektrik sobası, mikrodalğalı soba, paltaryuyan və qabyuyan maşınlar, elektrikli ütü və qəhvə maşınları yüksək enerji tələbatına görə sayğacı sürətlə fırladır. Köhnə soyuducu və dondurucuların motorları da buna təsir göstərir.

Qeyd olunur ki, LED lampalar, kiçik elektron cihazlar və kompüterlər işıq sayğacını əhəmiyyətli dərəcədə sürətləndirmir. İstehlakçıların sayğacın daha sürətlə fırlanmasının qarşısını almaq üçün yüksək güclü cihazları eyni anda işlətməməsi tövsiyə olunur.

İsmayıl

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
5
2
news.milli.az

3Источники