RU

Südabə Ağayeva İslam Həmrəyliyi Oyunlarının qalibi olub

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın qadın cüdoçusu Südabə Ağayeva qızıl medal qazanıb.

90deqiqe.Az-ın məlumatına görə, 70 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı final qarşılaşmasında özbəkistanlı Xurşida Razzokberdiyevanı məğlub edərək turnirin qalibi adını qazanıb.

Digər təmsilçimiz Aytac Qardaşxanlı (70 kq) isə yarışda bürünc medal əldə edib.

Bu gün Azərbaycan millisinin daha bir neçə üzvü tatamiyə çıxacaq. Zelim Kotsoyev (100 kq) final görüşündə mübarizə aparacaq, Günel Həsənli (78 kq), Elcan Hacıyev (90 kq) və Uşanqi Kokauri (+100 kq) isə bürünc medal uğrunda qarşılaşacaqlar.

Qeyd edək ki, Azərbaycan cüdoçuları yarışın əvvəlki günündə 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar.

Избранный
33
11
90deqiqe.az

10Источники