Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycan ağırlıqqaldıranı İsa Rüstəmov medal sevinci yaşayıb.
90deqiqe.Az-ın məlumatına görə, milli komandamızın üzvü 71 kq çəki dərəcəsində çıxış edərək üçüncü yeri tutub və bürünc medal qazanıb.
Rüstəmov birdən qaldırmada 147 kq nəticə göstərərək turniri uğurla başa vurub.