RU

Bərdədə nənə və nəvə dəm qazından öldü

BƏRDƏ, 9 noyabr. TELEQRAF

Bərdədə iki nəfər dəm qazından zəhərlənərək həyatını itirib.

Teleqraf-ın Qarabağ Bürosunun xəbərinə görə, hadisə rayonun Tumaslı kəndində qeydə alınıb.

Kənd sakini Aytən Əsgər qızı Fətəliyeva nəvəsi Sadiq Orxan oğlu Nəcəfovu çimizdirərkən hamamda dəm qazından zəhərləniblər.

Hər iki şəxs dünyasını dəyişib. Meyitlər Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə aparılıb və müayinədən sonra yaxınlarına təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Избранный
29
17
teleqraf.com

10Источники