RU

Gəncədə ikimərtəbəli evdə yanğın oldu

Gəncədə yanğın qeydə alınıb.

Avtosfer.az xəbər verir ki, hadisə şəhərin Zülfü Hacıyev küçəsində baş verib. Belə ki, sözügedən ərazidə yerləşən ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində anidən yanğın başlayıb. Dərhal hadisə yerinə FHN-nin yanğınsöndürən avtomobilləri və şəxsi heyəti cəlb olunub.

Yanğın söndürülüb, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğının baş vermə səbəbləri araşdırılır./unikal

Избранный
15
2
avtosfer.az

3Источники