RU

Fələstin tərəfdarları Münhen Universitetinə basqın etdi

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Təxminən 40 Fələstin tərəfdarı fəal Münhen Texniki Universitetinin binasına basqın edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Welt” məlumat yayıb. Qeyd olunub ki, Fəallar damdan pankart açaraq atəşfəşanlıq yandırıblar.

Universitet nümayəndələri binanı tərk etməsələr, şəxsi mülkiyyətə müdaxilə etdiklərinə görə şikayət edəcəklərini dedikdən sonra binanı tərk ediblər.

Qeyd edək ki, 2023-cü il oktyabrın 7-də səhər saatlarında Həmas yaraqlıları İsrailin cənubundakı sərhəd bölgələrinə sızaraq çoxlu sayda mülki vətəndaşı və əsgəri öldürüb, girov götürüb və ölkə ərazisinə 3000-dən çox raket atıblar.

Ölənlərin sayı ən azı 1400 nəfər olub, əksəriyyəti mülki şəxslərdir. Ölənlərin çoxu musiqi festivalında iştirak edirdi. Bu hücum Holokostdan sonra yəhudilərin ən böyük kütləvi qətli idi.

Tahir Turan

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
45
globalinfo.az

1Источники