Şəxsi rekordları ilə altıqat “Böyük dəbilqə” çempionu və dünya ikincisi ispan tennisçi Karlos Alkaras ATP 2025 İllik Finalının qrup mərhələsində avstraliyalı Alek de Minoraya qalib gəlib.
90deqiqe.Az-ın məlumatına görə, görüş 7:6 (7:5), 6:2 hesabı ilə ispaniyalının xeyrinə başa çatıb.
Matç 1 saat 40 dəqiqə davam edib.
Alkaras və de Minor “Cimmi Konnors” qrupunda çıxış edirlər. Bu qrupa həmçinin amerikalı Teylor Frits və italiyalı Lorenzo Muzetti daxildir.
ATP İllik Finalı 9-16 noyabr tarixlərində keçirilir. Ötən il turnirin qalibi italiyalı Yannick Sinner olub, o, finalda Teylor Fritsi məğlub etmişdi.