RU

Hamınız axmaqsınız! Tramp əsəbiləşdi

ain.az bildirir, GlobalInfo portalına istinadən.

ABŞ Prezidenti Donald Tramp özünün ticarət tariflərinə qarşı çıxanların hamısını axmaq adlandırıb və xəzinəyə daxil olduğu iddia edilən trilyonların 2000 dollarını hər bir amerikalıya (zənginlərdən başqa) verəcəyini vəd edib.

Globalinfo.az xəbər verir ki, Tramp bu barədə sosial media hesabında məlumat paylaşıb.

“Tariflərin əleyhinə olan insanlar axmaqlardır! Biz indi dünyanın ən zəngin, ən hörmətli ölkəsiyik, faktiki olaraq inflyasiya yoxdur və birjada rekord qırırıq”. Biz trilyonlarla dollar qazanırıq və tezliklə 37 trilyon dollarlıq böyük borcumuzu ödəməyə başlayacağıq”, – deyə Tramp öz imza üslubunda yazıb.

O, həmçinin rekord investisiyalar, ölkə daxilində tikilən fabriklər və ən yüksək pensiya yığımları ilə öyünüb.

“Hər kəsə ən azı 2000 dollar dividend (yüksək gəlirlilər daxil deyil) ödəniləcək”, – deyə prezident yekunlaşdırıb.

Tahir Turan

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
42
2
globalinfo.az

3Источники