RU

Rassel Krou bu yolla 25 kiloqram arıqladı

Rassel Krou bu yolla 25 kiloqram arıqladıDünyaca məşhur avstraliyalı aktyor Rassel Krou "Nyurnberq" filminin çəkilişləri başa çatdıqdan sonra 25 kiloqram arıqlayıb.

Axşam.az xəbər verir ki, bu barədə aktyor "People" jurnalına verdiyi müsahibədə danışıb.

O bildirib ki, bir il əvvəl çəkisi 126 kiloqram olub, indi isə 100,9 kiloqramdır. Onun sözlərinə görə, artıq çəki itirməsinin əsas səbəbi alkoqol qəbulunu azaltmasıdır:

"Əvvəllər içki içməyin böyük tərəfdarı idim. İndi isə çalışıram ki, sadəcə səbəbsiz içməyim. Əgər axşam yeməyində bir qədəh şərab içmək qərarına gəlsəm, bu, doğrudan da yaxşı şərab olur".

Избранный
6
6
sonxeber.az

7Источники