Bakı. Trend:
“AzerGold” QSC tərəfindən hazırlanan “Zəfər” adlı yeni qızılsikkə kolleksiyası təqdim edilib. Xatirə kolleksiyası Müzəffər AliBaş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətliAzərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində Ermənistansilahlı qüvvələri üzərində əldə etdiyi tarixi Qələbənin 5 illiyinəithaf olunub.
“Zəfər” limitli qızıl sikkə kolleksiyası Azərbaycan xalqınınbirlik və iradəsini, Vətən uğrunda döyüşən qəhrəman oğullarımızınşücaətini, eləcə də dövlətimizin ərazi bütövlüyünün bərpasını vəmüdrik siyasətin təntənəsini simvolizə edir.
Qızıl sikkənin mərkəzi elementi Vətən Müharibəsi MemorialKompleksinin əsas komponenti olan Zəfər Tağı abidəsidir. ZəfərTağından keçid xalqımızın tarixi Qələbəyə doğru irəlilədiyisimvolik yolun təcəssümüdür. 44 ədəd sütun Vətən müharibəsinin 44gününü, onun daşıdığı ağac azad edilmiş torpaqlarda bərpa olunantarixi köklərimizi, bu günümüzü və gələcəyimizi simvolizə edir.
Sikkə üzərində yer alan “8” təsviri, Prezident–Xalq–Ordu birliyiilə tarixiləşən 8 Noyabr - Zəfər Gününü əks etdirir. Dövlətrəmzlərinin əsas elementlərindən biri olan səkkizguşəli ulduzornamenti sikkəni haşiyəyə almaqla qazanılmış Qələbənin əzəmətinivə əbədiliyini vurğulayır.
Qeyd edək ki, “Zəfər” qızıl sikkə kolleksiyası dövlət şirkətininsayca 19-cu məhsuludur. Xatirə sikkəsi Azərbaycanda hasil edilənqızıldan limitli sayda, hər çeşid üzrə - 200 ədəd olmaqla 5,10, 20qram və 1 unsiya çəkilərində istehsal edilib.
Qızıl sikkə kolleksiyası “AzerGold” QSC-nin Bakı şəhəri, Bülbülprospekti 3 ünvanında yerləşən Satış və mübadilə mərkəzində,həmçinin www.azergold.giftonlayn satış platforması vasitəsilə alıcılara təqdim edilir.