
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi və AzTU Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetində “Zəfər – Qürur Tariximiz” adlı ədəbi-bədii tədbir təşkil olunub.
Tədbir Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbənin beşinci ildönümünə həsr olunub.
Tədbir çərçivəsində əvvəlcə şəhidlərimizin xatirəsinə həsr olunmuş rəsm sərgisi nümayiş etdirilib. Daha sonra tədbirin rəsmi açılış mərasimi keçirilib. Açılışda şəhid övladı və şəhid anası, həmçinin Azərbaycan Respublikasının Gənclər Fondunun Gənclərlə iş şöbəsinin müdiri vəzifəsini icra edən Bənövşə Qasımova, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin sədri Aynurə Ələkbərli və Azərbaycan Texniki Universitetinin Kommunikasiya şöbəsinin müdiri Səfa Bağırov çıxış ediblər. Çıxışlarda Zəfər Gününün mənəvi əhəmiyyəti, şəhidlərin qəhrəmanlığı və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi mövzularına toxunulub.
Tədbirin bədii hissəsində gənclərin iştirakı ilə vətənpərvərlik ruhunda musiqilər, rəqslər və şeirlər səsləndirilib. “Ey Vətən”, “Qarabağ şikəstəsi”, “Qarabağ”, “Yaşa Azərbaycan” kimi mahnılar tədbirə xüsusi ruh və coşqu qatıb. Rəqs ansamblının “Qaval rəqsi” və “Suite” rəqsləri isə tamaşaçılardan böyük alqış qazanıb.
Proqram boyunca çıxış edən gənclər və tələbələr “Biz qalib ölkənin vətəndaşlarıyıq” devizi altında Vətənə, şəhidlərə və Qələbəyə olan ehtiramlarını bir daha ifadə ediblər. 




- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта