RU

“Qarabağ” Azərbaycan derbisində “Neftçi”yə qalib gəlib

Yazını böyüt
Yazını kiçilt

Futbol üzrə Misli Premyer Liqasında “Zəfər tur”una yekun vurulub.

Hafta.az-ın məlumatına görə, günün mərkəzi matçında “Qarabağ” və “Neftçi” kollektivləri arasında Azərbaycan derbisi baş tutub. “Azərsun Arena”da təşkil olunan qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə bitib.

Ağdam təmsilçisinin heyətində 50-ci dəqiqədə Toral Bayramov penalti zərbəsini dəqiq yerinə yetirib. 84-cü dəqiqədə isə Kamilo Duran fərqlənib.

Bu nəticədən sonra Qurban Qurbanovun komandası 23 xalla liderliyə yüksəlib, “ağ-qaralar” isə 15 xalla 7-ci sırada qalıb.

Qeyd edək ki, daha əvvəl "Şamaxı" "İmişli"yə 1:0, "Sumqayıt" "Qəbələ"yə 2:0, "Araz-Naxçıvan" "Karvan-Yevlax"a 2:1, “Sabah” “Kəpəz”ə 3:1 hesabı ilə qalib gəlib. "Zirə" - "Turan Tovuz" görüşündə isə qolsuz heç-heçə qeydə alınıb.

Избранный
10
10
hafta.az

10Источники