RU

İnsanlığın dəyəri sağlamlığın müdafiəsindədir...

 “Biz insanların rifahından  çox,                                                 
ölümünə sərmayə qoyuruq”
Antonio Quttereş BMT-nin Baş katibi
 
Hər bir xalqın müdrikliyi onun həyat tərzindən doğur.Hindlilər ruhun azadlığını,Çinlilər tarazlığı,Yunanlar ağılı,Ərəblər səbr və iman dəyərini,Türklər isə qeyrət və vicdan gücünü tərənnüm üdiblər.
 
Hind müdrikliyinə əsaslanan bir rəvayətdə deyilir: Həyat və sağlamlığından həmişə  narazı qalıb,qəzəbli və kədərli dolaşan bir gənc,-“Dünya ədalətsizdir,mənim istədiklərim olmur,insanlar da məni anlamır”,-deyə gileylənirmiş.O, bir müdrikin yanına gəlib dərdini danışır.Müdrik adam sakitcə gənci dinləyib ona məsləhət edir;Get dağın ətəyindəki gölə bax və gördüklərini gəlib mənə danış.Gənc gəlib gölə baxır,gölün ayna sularında qəzəb dolu ,əsəbi simasını görür.Sanki su da,qəzəblə dalğalanmağa başlayır. Sonra gənc dərin bir nəfəs alıb sakitləşir.Bu dəfə durulan suda aydın və gülümsəyən üzünü görür.Geri qayıdıb gördüklərini müdrikə danışır.Müdrik adam gülümsəyib deyir: Həyat da,gördüyün bu aynalı göl kimidir.İçində qəzəb,kin və narazılıq olduqda dünya  sənə bulanıq,sakit və təmkinli olduqda həyat və ətraf da sənə aydın görünər.Bu mənada sakit ruh və sağlam düşüncə həyatın qiymətli xəzinəsidir.Öz içimizi dəyişməklə,dünyanı da dəyişə bilərik.Sağlamlıq içdən başlayır...
 
Əvvəllər pasiyentlərin (pasiyent-lat. sözüdür, “səbr edən”, “əziyyət çəkən” mənasını daşıyır. Tarixən tibbi konteksdə istifadə olunur, psixatrik xidmətlərin inkişafı ilə psixoterapiyada da geniş yayılır), harada müalicə olunmaq variantı və çətinliyi olmayıb. Lakin müasir səhiyyə hər birimizə seçim imkanı verir.Hara üz tutaq, - dövlət xəstəxanalarına, yoxsa özəl klinkalara (?) Deməli həkimi özümüz (imkanımıza uyğun) seçməklə sağlamlığımızın,hətta həyatımızın da,qorunması üçün imkan var. 
Nəzakətli, nəcib və kübar davranışlı, vicdanlı həkimlər xəstənin müalicəyə inamını artırır. Pasiyent həkimə inanır, İbn Sinanın müdrik kəlamına qüvvət versək, xəstənin vəzifəsi – özünü həkimə tabe etməkdən ibarətdir! Yazılan dərmanlarla həkimə inam müalicənin əsasını təşkil edir. Həkim xəstənin ağrılarını duymağı bacarmalı, ona təskinlik verməli, tezliklə xəstəliyin aradan qalxacağına əminlik yaratmalıdır. Xəstələr də ağxalatlı (indi yaşıl, sarı, və digər rəngli xalat geyinən həkimlər var) həkimin baxışlarından bunu sezməlidir.Ağrılara uyğun hospital və həkimi necə seçmək və oriyentasiyasını(Dayandığı yerin koordinatlarını təyinetmə,sadə anlamda isə şəxsin məkan və istiqamətləri düzgün müəyyən etmək bacarığıdır)necə müəyyən etmək fürsəti yaranır. 
 
Ölkəmizdə peşəkar həkimlər çoxdur. Amma hamının həmin həkimlərdən müalicə alması imkanı olmur. Tibbi sığorta olsa belə, pasiyentdən pul ala bilmək bacarığı da bir istedad tələb edir. 
 
Bu yaxınlarda yaxşı tanıdığım müharibə veteranı, ürək ağrısı ilə peşəkar tibbi yardım və müalicə almaq üçün Çobanzadə küçəsindəki dəbdəbəli “Bona dea” ya gedibmiş. Müharibə veteranı olan dostum “Resepşn”ə (ingilis sözü reception – qəbul zonası) yaxınlaşıb şəxsiyyət vəsiqəsini təqdim edib kordioloqun yanına gedəcəyini bildirir. Qeydiyyat aparan xanım sistemdə pasiyentin Qarabağ müharibəsinin veteranı, həm də şəhid ailəsinin üzvü olduğunu görüb həkimin müayinəsi üçün mövcud 80 manatın 8%-ni , digər müayinəyə görə isə müəyyən edilən 70 manatın 7%-ə qədər endirim olacağını diqqətə çatdırır. Şəhid ailəsinin üzvünə 80 manatın 10%-ni 8 manat və 70 manatın 7%-ni 7 mant endirim edilir (?) Adam xəcalət çəkir. Həmin müalicə mərkəzlərinin rəhbərləri vətənpərvərlik ruhunu yaşatmaq üçün şəhid ailəsinin üzvlərinə 8 man. keçir, digər müayinəyə isə 7 man. Üst-üstə ümumi məbləğin – 150 manatın 15 manatını övladını itirən ailəyə və canını fəda edən müharibə veteranına ərməğan edilir... Veteran endirimlərindən imtina edir!
 
Pasiyent duyğusuna – intiusiyasına,həkim isə peşəkarlığına və təcrübəsinə inanmalı, personalının xidməti vəzifələrini həyata keçirərkən nümunəvi və nəzakətli yardım ilə müraciət edənlərin etimadını qazanmağı bacarmalıdırlar. Loğmanlar şəxsi və merkantil istəklərindən uzaq durmalı, dövlətə mənsub olan vətəndaşların sağlamlıqlarının qeydinə qalmalıdırlar!
 
AMEA-nın müxbir üzvü,peşəkar səviyyəli uroloq, tibb elmləri doktoru, professor, məşhur "91"-lər sırasında Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri, Milli Məclisin sabiq deputatı (1995–2005) Sudeyf İmamverdiyevin “Bakupost TV”-nin efirində jurnalist Elçin Zahiroğlu ilə müsahibəsini dinlədim, çox maraqlıdır. O deyir:
 
“İcbari Tibbi Sığorta sisteminin, TƏBİB-in yaranması ilə insanların sərbəst şəkildə sığortadan yararlanması, müayinələrdən keçməsi, müalicə alması müsbət cəhətdir. Amma burada neqativ hallar da az deyil. Kadrların yerləşdirilməsində, kollegial proseslərin həll edilməsində problemlər yaranıb. Məsələn, təhsilini bitirib, sonra da  Türkiyədə uzmanlıq alır, sertifikasiyadan keçib, cərrahlıq etməyə başlayır. Amma bütün bunlar o demək deyil ki, sən yüksək səviyyəli cərrah kimi formalaşmısan. 
Belələri klinik xəstəxanada təcrübəsi olmaya-olmaya, əməliyyat edəndə səhvlərə yol verir. Bəzilərinin işi artıq prokurorluqdadır. 
 
TƏBİB-in bəzi qərarları çox yanlışdır. Məsələn, Tibb Universiteti uzun illərdir mütəxəssis hazırlayır. Xəstə gəlməsə, müalicə olunmasa, sən tələbəyə nə öyrədə bilərsən? Mövcud sistem buna mane olurdu. Tibb Universitetinin Tədris Cərrahiyə Klinikasına, cərrah korpusuna ancaq və ancaq pullu xidmət icazəsi verilmişdi. İş işdən keçəndən sonra Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası sığorta sisteminə bağlı xəstəni əməliyyat etmək icazəsi verilib. Amma siz indi qərarın gülünclüyünə baxın. Xəstə öz hesabına bütün müayinələrdən keçir, diaqnozu təsdiq olunduqdan sonra sığorta sistemi ilə əməliyyat olunur. Hər xəstəxanaya bir cür qanun tətbiq edirlər. Digərlərində hər şey sığorta hesabına olur, səndə isə sadəcə, əməliyyat…
 
Bu gülünc deyil? Bunu kimə deyəsən, kiminlə müzakirə edəsən? TƏBİB-in rəhbəri eşitsin:Bu, bizi hörmətdən salır. Tək TƏBİB-i hörmətdən salmır e, bizim ümumi düşüncəmizi hörmətdən salır ki, bunlar necə düşünürlər? Öz Azərbaycanlısı gəlir xəstəxanaya, həkimi tanıyır, - məşhur professordur, cərrahdır, - konsultasiyasını ala bilmir. Gərək 50 manat köçürə ki, professor dərdini dinləsin. Nə üçün onun qarşısını alırsan? Bu Tibb Universitetinin bazasıdır, tədrislə məşğuldur. Hər xəstənin gəlişi tələbənin hazırlığına, inkişafna müstəsna təsir edir. Amma sən buna mane olursan.
 
Səhiyyə sistemi bir mərkəzdən, bir istiqamətdə idarə olunmalıdır.                               
“Sertifikat aldı, həkim işləyə bilər” yanaşması doğru deyil”.Cərrah davam edir: “Bilirsiniz gülməli olan nədir? Mən professoram, Tibb Universitetinin kafedra müdiri kimi müalicə işinə rəhbərlik eləyirdim. Xəstəxananın birində baş həkim deyir ki, siz bizə çox lazımsınız, xahiş edirik, bizimlə çalışın, digəri deyir ki, bu gündən sizə əməliyyat etməyə, müalicə ilə məşğul olmağa icazə vermirəm, gərək sertifikatınız olsun. İndi sual olunur: Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası dövlətin deyil? Niyə bu qədər fərqli qərarlar verilir. Görün, ayrı-ayrı şəxslərin düşüncəsi və yanaşması proseslərə necə təsir edir. Halbuki belə olmalı deyil. Vahid qərar, vahid nəzarət sistemi olmalıdır.”
 
Bu gün vətəndaşların rahat, əl çatan həddə sağlamlıqlarına əlac qılması bəzi texniki məqamlardan da çox asılıdır. Tibb Universitetinin cərrahiyyə korpusunda müasir avadanlıqlar var, amma texniki cəhətdən artıq aşılanıb, avadanlıqlar yenilənmir. Həkim də məcbur qalıb ya xəstəni öz avadanlığı ilə müayinə edir, ya da başqa yerə yönləndirir.
 
.Faktiki olaraq dövlət səhiyyəsi ilə özəl tibb qarşı-qarşıya qalıb. Özəl tibb sahəsinə daha çox fərdlər müraciət edir. Ona görə ki, onların reklamı güclüdür. Reklamlar da, pul qarşılığında həyata keçirildiyindən insanlar həmin klinkalara daha çox üz tutur. Pasiyentlər həkimlə təmasdan sonra bu barədə ətrafına danışır, internet şəbəkələrində açıqlamalar verirlər. Bu gün, uzmanların yarıtmaz tibbi yardımlarından narazı qalanların sayı artmaqda davam edir. Özəl klinkalarda tibbi yardıma ehtiyacı olan şəxslərin çoxluğu bəzən kolxoz bazarlarında alğı-satqıda olan tərəfləri xatırladır. Tibbi sığorta olsa da, pul ödəmədən yardım almaq imkan xaricindədir… 
 
Vətəndaşların hüquq və azadlıqlarını və onların layiqli həyat səviyyəsini təmin etmək dövlətin konstitutsion ali məqsədi olduğundan səhiyyə sahəsində “favoritliyi” də dövlət səhiyyəsi etməlidir. Xalqın həyat və sağlamlıqlarını merkantil maraqlara qurban vermək Dövlətin ali məqsədinə (Konst. 12m) ziddir. Ona görə də, ürək cərrahiyyə əməliyyatı, onkoloji xəstəliklər, vərəm  xəstəlikləri, hermatologiya xəstəlikləri (qan xəstəliklərini öyrənən sahə - sümük iliyi, dalaq, limfa düyünləri) özəl tibb sahəsində çalışanlara etibar edilməməlidir. Pasiyentlər bəzən maddi çətinliklər səbəbindən müalicə olunmaq – tibbi xidmət almaq hüququndan istifadə edə bilmədiyindən faktiki olaraq Dövlətin ali məqsədinə zidd davrananların tamahı ilə qarşı-qarşıya durur. “Pulun yoxsa ağrıdan qovrulmalısan!”
 
Müasir dünya məşhur terminlər “Bir günlük cərrahiyyə”, “ofis cərrahiyyəsi”, “ağrısız klinka” kimi terminlərdən istifadə edir. Pasiyent gəlib ağrısız əməliyyat olunur, qısa bir  zamandan sonra evə buraxılır.Müasir tibbi texnikanın köməyilə mövcud endiskopik cihazla (insan orqanizminin daxili aləmini optik cihaz vasitəsilə öyrənən elm) insan orqanlarını müayinə etmək olur. 
 
Cənubi Koreyanın səhiyyə sistemi Milli tibbi Xidmət sığortası tərəfindən təşkil edilən vahid ödəmə sistemi vasitəsilə fəaliyyətini qurur. Bu sistem demək olar ki, bütün vətəndaşlar üçün əlçatandır, hamı bundan faydalanır. Sığorta sistemi 53 mln. əhalinin 97,1%-ni əhatə edir, məmnunluq səviyyəsi isə təxminən 90%-dən çoxdur. Cənubi Koreya ölkəsi Rəqəmsal texnologiyanın inkişafına və ondan istifadəyə görə öncül yerdədir. Hökümət 2030-cu ilə qədər ölkəni Rəqəmsal texnologiyalarda rəqabət qabiliyyətinə görə dünyada 3-cü yerdə olmasını planlaşdırır. Hazırda Cənubi Koreyanın səhiyyə sisteminin, xəstəxanalarının 90%-dən çoxu kağız kargüzarlığından istifadə etməyə üstünlük verir. Bundan əlavə hökümət 2025-ci ildə Rəqəmsal texnologiya əsasında 18 “ağıllı” xəstəxanaların yaradılmasını qarşıya məqsəd qoyub. Belə yanaşma pasiyentlərin müalicəsi zamanı monitorinq, diaqnostika və müalicə aparılmasına real zəmin yaradır. 
 
Birləşmiş Ərəb Əmirliyi də,Yaxın Şərqin ən yüksək kefiyyətli səhiyyə sisteminə malikdir. Burada Səhiyyə sistemi qismən vergilər hesabına , qismən də məcburi tibbi sığorta hesabına maliyyələşir. Müalicə üçün əlavə xərc  pasiyentin hansı əmirlikdə olması ilə bağlı olur. Məs: BƏƏ vətəndaşları Abu Dabi və Dubayda pulsuz tibbi xidmətdən istifadə edə bilirlər. Başqa regionlarda presudurlardan istifadə zamanı pasiyentlərdən haqq ya tam və ya qismən tələb edilə bilər. BƏƏ-nin vətəndaşları yaşadıqları regionlardan asılı olaraq sığortalana bilərlər. 
 
Ölkə tibbi turizm ilə də şöhrət qazanıb. Tibbi turizmin populyarlığı daha çox – estetik cərrahiyyə, dermatologiya (yunan sözü, “derma”- dəri, “loqos”- elm deməkdir, dərinin struktur qruluşu və funksiyalarını normada və hər hansı bir patalogiya zamanı müəyyən edərək, dəri xəstəliklərinin diaqnostikası, müalicəsi və profilaktikası ilə məşğul olan sahə), kosmotologiya, ortopediya (dayaq-hərəkət sistemi ilə əlaqəli cərrahiyyə), stomatologiya, Reproduktiv tibbi xidmət (ayrı-seçkilikdən və şiddətdən azad, qaneedici təhülkəsiz həyat), diaqnostika və profilaktik tibbi müayinə ilə bağlı olur. Burada tibbi xidmətlərin dəyəri ABŞ, Avropa ittifaqı və Böyük Britaniyadan 75% aşağıdır. BƏƏ-nin xəstəxanalarında yüksək səviyyəli və əlverişli – rahat xidmət var. Bəzi klinkalarda xidmət 7 ulduzlu mehmanxanalarda göstərilən xidmətə bərabərdir. Klinkaların personalı klinkalarda, iki dildə - ərəb və ingilis dillərində sakit, pıçıltı ilə danışırlar ki, pasiyentlər narahat olmasınlar 
Səudiyyə Ərəbistan Yaxın Şərqin 34 mln-dan çox əhalisi olan iri ölkələrindən biridir. Son illər hökümətin səhiyyə sahəsinə qoyduğu sərmayə əsasında çox inkişaf edib. Ölkə üzrə əhalinin əksər çoxluğunun səhiyyədən istifadəyə əlçatanlığı artıb. Xidmət pulsuzudur, xətəxanalarda müalicə, həkimlərin yardımı, dərman reseptləri və stomotoloji müalicə pulsuz həyata keçirilir. Pasiyentlərin təhlükəsizliyi, infeksion nəzarət və tibbi yardımın kefiyyəti səhiyyə müəssisələrində əsas kriteriyalar kimi diqqət çəkir. Səhiyyə Nazirliyi Səudiyyə Ərəbistanın bütün ərazisində tibbi xidmətin yaxşılaşdırılması məqsədilə klaster - ( ingilis sözüdür: cluster – topluluq mənasını verir) eynicinsli elementlərin birləşməsi təcrübəsindən istifadə etməyi planlaşdırır, tibbi xidmətə tədarükçü şəbəkənin inteqrasiyasını məqsədəuyğun hesab edir, nəticədə milyona yaxın əhali bu xidmətdən faydalana bilər. 2022-ci ildən başlayaraq Səudiyyə Ərəbistanında Seha virtual xəstəxana da fəaliyyətdədir.  Seha dünyanın Yaxın Şərqdə ən iri səhiyyə obyektidir. Seha bütün ölkə üzrə 130 xəstəxananı özündə birləşdirir və 30 ixtisaslaşmış xidməti ilə nümunədir. 
Türkiyə Cumhuriyyətinin Səhiyyə Xidməti XXI əsrin başlanğıcında yenidən qurulmağa başlayıb - 2003-cü ildən başlayaraq əhalinin-pasiyentlərin narazı qaldığı səhiyyənin inkişafı ilə bağlı proqramlar həyata keçirilib. 
 
Türkiyə səhiyyənin transformasiya proqramına görə (2003-cü il) bütün vətəndaşlara kefiyyətli tibbi yardıma və hamı üçün bərabər imkanlara zəmanət verir. Türkiyə əcnəbi paasiyentlərə də geniş spektrli tibbi xidmət göstərir və ölkədə həyata keçirilən müalicəyə görə alınan məbləğ Avropa ölkələrindən və ABŞ-dən 50-60% azdır. Məs: ABŞ-da saçın əkilməsinə görə haqq 4500-15000$ məbləğindədirsə, Türkiyədə 320$-dan 4300$ məbləğindədir. Türkiyədə beynəlxalq sertifkatlı 34 xəstəxana var. Mövcud standartlar pasiyentlərin təhlükəsizliyinin və səhv buraxmaq riskinin minimuma endirilməsini təmin edir. 
 
Dünya təcrübəsində səhiyyə sistemi pasiyent üçün maksimal dərəcədə əlçatan və təhlükəsiz olmalı, istənilən xəstəliyin müalicəsi kefiyyətli dərəcədə yaxşı olmalıdır. Pasiyentə daha çox zərər verən malicənin düzgün olmayan planla aparılması, müalicənin səhv-yalnış diaqnozla həyata keçirilməsi, səhv reseptlərin yazılması, labaratoriya testlərində buraxılan səhvlər və.s dövlətin nəzarətində olmalı,yanlış diaqnozla müalicəyə qarşşı ciddi tədbirlər görülməlidir.
 
Təbii,ideal müalicə heç bir ölkədə yoxdur. Hər bir müalicə kursunda müəyyən risklər olur amma, pasiyentin bu barədə məlumatı olmalıdır. 
 
Ona görə,ilk növbədə bilməliyik ki, sağlamlığımız həyatımızın təməl daşı və baş tacımızdır. Bunu yalnız xəstələndikdən sonra bilirik. Bilirik ki, sağlamlığımızı itirməklə hər şeyi itiririk və onu qorumaq bərpa etməkdən çətindir. Hər birimiz öz sağlamlığımızın meyarıyıq! Təbəssüm etməklə şəfa tapmış olarıq.
 
Şəmsəddin Əliyev,
Hüquqşünas,publicist
 
Избранный
30
1
moderator.az

2Источники