RU

Ağ Ev: Demokratlar hökumət böhranını bu gün bitirə bilər

BAKI, 9 noyabr. TELEQRAF

ABŞ-də hökumətin maliyyələşdirilməsinin dayandırılması (şatdaun) vəziyyəti artıq 40 gündür davam edir.

Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin X sosial şəbəkə hesabında paylaşım edilib.

“Demokratların yaratdığı hökumət bağlanmasının (şatdaunun) 40-cı günü və vəziyyət ABŞ xalqı üçün daha da pisləşir.
Demokratlar bunu bu gün bitirə bilərdilər”, - paylaşımda deyilir.

Qeyd edək ki, “Shutdown” ABŞ hökumətinin maliyyələşdirilməsinin təsdiqlənmədiyi hallarda dövlət idarələrinin fəaliyyətinin qismən dayanması deməkdir. Bu müddətdə minlərlə dövlət işçisi məzuniyyətsiz məcburi evə göndərilir və yaxud maaş almadan işləməyə məcbur olur. Sosial proqramlar və bəzi dövlət xidmətləri məhdudlaşdırılır. Mövcud vəziyyət Demokratlar və Respublikaçılar arasında büdcə danışıqlarında razılaşma əldə olunmadığı üçün davam edir.

Избранный
22
teleqraf.com

1Источники