RU

Zəfər Gününün münasibətilə Əlcəzairdə tədbir təşkil edilib

Bakı. Trend:

Azərbaycanın Əlcəzairdəki səfirliyi 8 Noyabr – Zəfər Gününün5-ci ildönümünə həsr olunmuş təntənəli tədbir keçirib.

Səfirlikdən Trend-ə bildirilib ki, tədbirdə Əlcəzairin dövlət vəhökumət nümayəndələri, tanınmış siyasi-ictimai xadimlər, buradaakkreditə olunmuş diplomatik və beynəlxalq nümayəndəliklərinrəhbərləri və əməkdaşları, Əlcəzairdə yaşayan, işləyən və təhsilalan həmvətənlərimiz və media təmsilçiləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan və Əlcəzairin Dövlət himnlərisəsləndirilib.

Azərbaycanın Əlcəzairdəki səfiri cənab Tural Rzayev çıxışedərək, 8 Noyabr – Zəfər Gününün Azərbaycan xalqı üçün müstəsnaəhəmiyyət daşıdığını, bu günün ölkəmizin tarixində qürur və şərəfsəhifəsi kimi qeyd olunduğunu bildirib. T.Rzayev Azərbaycantarixinin ən parlaq səhifələrindən biri olan 8 Noyabr - ZəfərGününün xalqımızın birliyi, əzmkarlığı və mübarizliyinin simvoluolduğunu vurğulayıb.

Səfir deyib ki, 44 günlük Vətən müharibəsi nəticəsindəAzərbaycan öz ərazi bütövlüyünü bərpasına nail olub, beynəlxalqhüququn norma və prinsiplərini əsas götürərək BMT TəhlükəsizlikŞurasının 4 qətnaməsinin icrasını təmin edib. O, Ali Baş Komandan,Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusununqazandığı möhtəşəm Zəfərin xalqın birliyi və iradəsinin təntənəsiolduğunu söyləyib. 44 günlük Vətən müharibəsindəki parlaq Qələbədənsonra Azərbaycan xalqının Dövlət Bayrağı Gününü daha böyük qürur vəsevinclə qeyd etdiyi diqqətə çatdırılıb.

Çıxışında diplomat həmçinin bildirib ki, bu qələbə təkcə hərbideyil, həm də siyasi və mənəvi qələbədir. Azərbaycan bu günregionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın təşviqinə yönəlmişsiyasət həyata keçirir. O, Ermənistanla sülh sazişinin imzalanmasıistiqamətində aparılan danışıqlara toxunaraq, Azərbaycanınsülhsevər və konstruktiv mövqeyini diqqətə çatdırıb. Səfir cari ilavqustun 8-də Vaşinqtonda əldə olunmuş sülh razılaşmasınınAzərbaycanın daim sülh təşəbbüsü ilə çıxış edən ölkə olduğunu birdaha əyani şəkildə nümayiş etdirdiyini vurğulayıb.

T.Rzayev işğaldan azad olunmuş ərazilərimizdə həyata keçiriləngenişmiqyaslı bərpa-quruculuq işlərindən, məcburi köçkünlərin özdoğma yurdlarına qayıtmasından danışıb.

Ziyafətlə davam edən tədbirdə, 8 Noyabr - Zəfər Gününə həsrolunmuş videoçarx nümayiş etdirilib, Azərbaycanın tarixi şəhərlərivə azad edilmiş torpaqlarının bərpası ilə bağlı görüntülərizlənilib. Qonaqlara Azərbaycanın müstəqillik və inkişaf yolundanbəhs edən çap materialları təqdim olunub.

Tədbir çərçivəsində qonaqlar Azərbaycanın zəngin mədəni irsi vəZəfər Günü münasibətilə hazırlanmış sərgiyə böyük maraqgöstəriblər.

Sonda, qonaqlar səfirliyə bu əlamətdar gündə təşkil edilmiştədbir üçün minnətdarlıq bildirərək, Azərbaycan xalqına davamlısülh, tərəqqi və rifah arzularını çatdırıblar.

Tədbir Əlcəzairin nüfuzlu xəbər portallarında geniş şəkildəyayımlanıb.

Избранный
36
2
az.trend.az

3Источники