RU

Zelenski: “Trampdan qorxmuram, Kral Çarlz aramızı düzəltdi" - ŞOK DETALLAR

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Tramp barədə danışarkən, onunla münasibətlərdə heç bir gərginlik və ya tərəddüd görmədiyini bildirib. Zelenski deyib ki, Trampdan “qorxduğu” barədə yayılan fikirlər həqiqətə uyğun deyil.

Musavat.com xəbər verir ki, prezidentin sözlərinə görə, sentyabr ayında Böyük Britaniyaya dövlət səfəri zamanı Kral III Çarlz Tramp və Zelenski arasında təmasların qurulmasında mühüm rol oynayıb:

“Mən Trampdan qorxmuram. Kral Çarlz Trampla münasibət qurmağıma kömək etdi. Onlar sentyabrda şəxsi görüş keçirdilər. Bütün detalları bilmirəm, amma başa düşürəm ki, Əlahəzrət prezident Trampa bir neçə vacib siqnal göndərib”.

Zelenski bildirib ki, Ukrayna Belarus sərhədinin müdafiəsinə Britaniya hərbçilərinin cəlb edilməsini, eləcə də NATO və Avropa İttifaqına tam inteqrasiyanı gündəlikdə saxlayır.

“Trampla münasibətlərimiz normal, işgüzar və konstruktivdir. Biz Amerikanın düşmənləri deyilik – biz dostuq. ABŞ uzun illər bizim strateji tərəfdaşımızdır. Dəyərlər baxımından Ukrayna Rusiyadan daha çox ABŞ-a yaxındır”.

Musavat.com bildirir ki, bu xəbərdə xüsusilə maraqlı məqam isə Zelenskinin açıqlamasında Kral III Çarlzın rolu barədə səsləndirdiyi nüans idi. Prezident Zelenski qeyd etdi ki, Londonda keçirilən qapalı görüşlərdən birində Kral şəxsi təşəbbüslə Tramp–Zelenski xəttində münasibətlərin yumşaldılmasına və qarşılıqlı inamın bərpasına vasitəçi olub. Bu fakt indiyə qədər nə London, nə Vaşinqton, nə də Kiyev tərəfindən rəsmi şəkildə təsdiqlənməyib və qlobal mediada demək olar, işıqlandırılmayıb. Zelenskinin sözlərinə görə, Kral Çarlz Trampa Ukraynanın Avropanın təhlükəsizlik sistemindəki rolunun əvəzsiz olduğunu çatdırıb.

Musavat.com

Избранный
37
4
musavat.com

5Источники