RU

“İnter” “Latsio”nu məğlub etdi

İtaliya A Seriyasının 2025/2026 mövsümünün XI turunda “İnter” və “Latsio” komandaları üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma Milan şəhərindəki “San Siro (Cüzeppe Meatsa)” stadionunda baş tutub. 

Matç “İnter”in 2:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşün artıq 3-cü dəqiqəsində Lautaro Martines hesabı açıb. 62-ci dəqiqədə fransalı hücumçu Anj-Yoan Bonni fərqi iki topa yüksəldib. 66-cı dəqiqədə Pyotr Zielinskinin vurduğu qol VAR müdaxiləsindən sonra ləğv edilib.

Bu qələbədən sonra “İnter” A Seriyasının turnir cədvəlində liderliyə yüksəlib. Milan təmsilçisinin 24 xalı var. Eyni xala malik “Roma” ikinci yerdə qərarlaşıb. 22 xalı olan “Milan” və “Napoli” isə onların ardınca gəlir. “Latsio” 15 xalla doqquzuncu pillədə qərarlaşıb.

Избранный
77
90deqiqe.az

1Источники