RU

"Kəpəz" klubu Vitor Feijao ilə yollarını ayırdı

Bakı. Trend:

"Kəpəz" klubu komandanın braziliyalı futbolçusu Vitor Feijao iləmüqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

Trend xəbər verir ki, klubFeijaoya burada keçirdiyi müddət ərzində göstərdiyi xidmətlərə görətəşəkkür edib və futbolçuya növbəti karyerasında uğurlararzulayıb.

Qeyd edək ki, yarımmüdafiəçi mövsümün əvvəlində komandaya cəlbolunmuşdu. Feijao bu müddətdə 9 çempionat oyununda 1 qol vurub.

Избранный
15
1
az.trend.az

2Источники