İngiltərə millisinin sabiq hücumçusu Runinin Çempionlar Liqasındakı “Qarabağ”la (2:2) oyunda çoxsaylı dəyişikliklərə görə etdiyi iradlara münasibət bildirən Enzo Mareska məsələni şərh edib.
Sportinfo.az xəbər verir ki, italiyalı mütəxəssis “Mirror”a açıqlamasında bunları söyləyib:
“Mən artıq dəfələrlə demişəm ki, elə bir dövrdə yaşayırıq ki, hər kəs istədiyini deyə bilər. Buna hörmətlə yanaşıram.
Amma “Qarabağ”la oyundan sonra da qeyd etmişdim ki, kluba gələndən bəri futbolçular arasında rotasiyanın vacibliyinə inanıram və heç kim bundan narazı olmayıb, yaxud bunun uduzmağa səbəb olduğunu deməyib.
Məncə, əgər rotasiyada Andrey Santos kimi Braziliya yığmasının üzvü, Yorrell Hato kimi Niderland millisinin oyunçusu, Estevan kimi Braziliya yığmasının gənc istedadı iştirak edirsə, problem rotasiyada deyil.
Onlar istedadlı və bacarıqlı futbolçulardır. Əlbəttə, gənc oyunçuların inkişaf etməsi üçün onların səhv etməsinə imkan vermək lazımdır”.