RU

Premyer Liqada uğursuzluqlar iki komanda arasında tən bölündü

Premyer Liqada boşa verilən penaltilərin sayı 4-ə çatıb. Maraqlıdır ki, uğursuzluqlar iki komanda arasında tən bölünüb.

Sportinfo.az xəbər verir ki, 11-ci turadək “İmişli” iki dəfə belə cərimə zərbəsindən düzgün yararlana bilməmişdi.

Bölgə klubu 7-ci turda “Araz-Naxçıvan”la, ötən həftə isə “Qarabağ”la görüşdə şansı qaçırmışdı. Uyğun olaraq, Dieqo Almeyda və Luis Silvestr Juninyo qapıçı ilə dueldə məğlub olmuşdu.

Bu gün isə Aleksandr Ramalinqom Səlahət Ağayevlə dueldə məğlub oldu. “Sumqayıt”ın hücumçusu “Qəbələ” ilə görüşün 54-cu dəqiqəsində ğursuzluq yaşayıb “İmişli”yə çatdı.

O, daha öncə də bir penaltini qaçırmışdı. Belə ki, 7-ci turun “Turan Tovuz”la görüşündə (0:3) Aleksandr qeyri-dəqiq oynamışdı.

Избранный
63
sportinfo.az

1Источники