RU

Fransanın müdafiə naziri: Rusiyadan gələn hibrid təhdidlər durmadan artır

BAKI, 10 noyabr. TELEQRAF

"Rusiyanın Fransaya qarşı hibrid təhdidləri getdikcə artır və təbiətinə görə, "islamçı" təhdidlərdən heç də az riskli deyil, çünki onlar hər bir fransıza təsir edə bilər".

Teleqraf xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Katrin Votren həftəlik "La Tribune dimanche" qəzetinə müsahibəsində bildirib .

Votren Rusiyadan gələn hibrid təhlükənin nə qədər güclü olub-olmaması sualını cavablandırarkən qeyd edib: "Hər iki təhlükə, hətta fərqli xarakter daşısalar da, son dərəcə güclüdür və toplanır. Onlar hər bir fransızı narahat edə bilər. Gördüyümüz kimi, Rusiyadan gələn hibrid təhlükələr durmadan artır, xəstəxanalarımıza kiberhücumlardan tutmuş sosial şəbəkələrdə sabitliyi pozmaq cəhdlərinə qədər" .

O, həmçinin Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Fabyen Mandonun Rusiyanın bir neçə il ərzində Avropada silahlı eskalasiyanın yüksək ehtimalı ilə bağlı fikri ilə razılaşıb.

"Mən Avropanın 2030-cu ilə qədər yüksək intensivlikli münaqişəyə hazır olması fikrini bölüşürəm. Ukraynadakı aqressiv müharibədən əlavə, Rusiyanın hərbi səyləri genişmiqyaslı və uzunmüddətlidir. Silahlı Qüvvələr naziri kimi mən qoşunlarımızın hazırlanmasına cavabdehəm - bunu etməmək səhv olardı",- deyə cavab verib.

Избранный
74
teleqraf.com

1Источники