RU

Göygöldə piyadanı avtomobil vuraraq öldürüb - FOTO

Göygöl rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı–Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1995-ci il təvəllüdlü X.Məmmədovanı vurub. Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Hazırda hadisə nəticəsində ölən şəxsin kimliyi dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

Göygöldə Göygöldə
Избранный
31
5
apa.az

10Источники