RU

HƏMAS 2014-cü ildə öldürülən əsgərin qalıqlarını İsrailə qaytarıb

BAKI, 10 noyabr. TELEQRAF

HƏMAS 2014-cü ildə “Qoruyucu kənar” əməliyyatı zamanı öldürülən leytenant Hadar Qoldinin qalıqlarını İsrailə qaytarıb.

Teleqraf xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

İsrail ordusunun sözçüsü bildirib ki, ölkəsi on il ərzində əsgərin cəsədini çıxarmağa çalışıb.

Fələstin hərəkatı əsgərin qalıqlarının olduğu tabutu bir gün əvvəl təhvil verib.

Yüzlərlə israilli şəxsiyyəti müəyyənləşdirmə prosedurunun aparıldığı məhkəmə tibb institutunun yaxınlığında toplaşıb və ekspertizanın nəticələrini gözləyir. Həlak olmuş əsgərin şəkili İsrailin “milli simvolu” adlandırlır.

Избранный
62
teleqraf.com

1Источники