RU

Pakistanın Baş naziri toxunulmazlığı ilə bağlı layihənin əleyhinə çıxdı –BAKIDAN QAYIDANDAN SONRA

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif toxunulmazlığı ilə bağlı ölkə Senatına təqdim edilmiş qanun layihəsinin geri götürülməsini tapşırıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Baş nazir “X”dakı paylaşımında yazıb.

 

“Azərbaycandan qayıtdıqdan sonra öyrəndim ki, partiyamızdan olan bəzi senatorlar Baş nazirin toxunulmazlığı ilə bağlı düzəliş təqdim ediblər. Niyyətlərini vicdanla qəbul etsəm də, təklif Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş layihənin bir hissəsi deyildi. Mən layihənin dərhal geri götürülməsini tapşırdım. Prinsip etibarilə, seçilmiş Baş nazir həm məhkəmə, həm də xalq qarşısında tam məsuliyyət daşımalıdır”, - deyə Məhəmməd Şahbaz Şərif vurğulayıb.

Избранный
12
4
senzor.az

5Источники