BAKI, 10 noyabr. TELEQRAF
Azərbaycanın ABŞ-dəki səfirliyinin təşkilatçılığı ilə İllinoys və ətraf ştatlarda yaşayan Azərbaycan vətəndaşları üçün səyyar konsulluq xidməti təşkil edilib.
Teleqraf-ın məlumatına görə, Çikaqo şəhərində göstərilən xidmət zamanı 30-dan çox şəxs ümumvətəndaş pasportunun yenilənməsi, "Qayıdış Şəhadətnaməsi"nin rəsmiləşdirilməsi, konsulluq qeydiyyatı, notariat hərəkətləri, vətəndaşlıq məsələləri, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı və sənədlərin sorğu əsasında alınması üçün müraciət edib.
Qeyd edək ki, səyyar konsulluq xidməti noyabrın 11-də Filadelfiya, eləcə də dekabrın 27-də də həyata keçiriləcək.