"Qardian" qəzetinin əməkdaşı Kiyevdə Mariinski Sarayında Prezident Volodimir Zelenski ilə müsahibə apararkən elektrik kəsilib.
“RBK-Ukrayna” agentliyi hadisə ilə bağlı video yayıb.
Kadrlarda müsahibənin aparıldığı otaqda işıqların söndüyü və Zelenski ilə jurnalistin çaşqınlıq içində ətrafa baxdığı görünür.