RU

 Avtomobildən bayıra atılan əşya...  

Biz belə hadisələrin  respublikanın avtomobil yollarında və Bakıda tez - tez şahidi oluruq. Götürürük ki, hansısa maşının pəncərəsini aşağı saldılar və ordan bayıra  bir tullantı, ya da başqa bir əşya atdılar. Bu, ətrafı çırkləndirməklə yanaşı, həm də avtomobil  yollarında digər nəqliyyat vasitələri üçün qəza şəraiti yaradır.

Yəni, belə məsuliyyətsiz hərəkətdən arxadan gələn hər hansı avtomobil sürücüsü təhlükə ilə üzləşir.Təbii ki, bu qanun pozuntusu ilə bağlı İnzibati Xətalar Məcəlləsində məsuliyyət  nəzərdə tutulub. Başqa sözlə demiş olsaq avtomobildən atılan tullantıya görə , hər hansı sürücü 50 manat cərimə edilir.

Heç şübhəsiz ki, Baş Dövlət Yol Polisi İdarəsi mütəmadi olaraq hərəkət iştirakçılarını və  sürücüləri maarifləndirir. Əlbəttə , bu tədbirlərin bu və ya digər dərəcədə müsbət təsir də olur. Belə ki, aparılan profilaktik tədbirlər nəticəsində əvvəlki vaxtlara müqayisədə avtomobillərdən ətrafa tullantıların və əşyaların atılması faktları azalıb. Və bir də hər bir sürücünün sürücülük mədəniyyəti olmalıdır. Əgər o mədəniyyət yoxsa, heç şübhəsiz, belə xoşagəlməz hadisələr  çoxalacaq.

Amma fakt faktlığında qalır ki, hər bir hərəkət iştirakçısı öz üzərinə düşən vəzifəni məsuliyyətlə yerinə yetirməlidir!!! Hər halda, yüksək mədəniyyət insanlar arasında bir- birini daha yaxşı anlamağa kömək edir!!!

Emil Faiqoğlu  

Избранный
13
1
adalet.az

2Источники