RU

İrəvan adının rəsmi dəyişdirilməsi sənədlərlə təsdiqləndi: SSRİ-nin 1936-cı il qərarı - FOTOFAKT

Azərbaycan Milli Məclisinin deputatı, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli 1936-cı ildə SSRİ Mərkəzi İcraiyyə Komitəsinin qəbul etdiyi rəsmi qərarı ictimaiyyətə təqdim edib.

Bizim.Media xəbər verir ki, Əziz Ələkbərli bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

“Bu sənəd məhz 1936-cı ildə SSRİ MİK-i tərəfindən İrəvan şəhər adının Yerevan adı ilə əvəzlənməsini, Tiflis adının isə Tbilisi adı ilə əvəz edilməsini əyani şəkildə təsdiq edən sənəddir.
 

Üstəlik, bir məqama diqqət çəkmək istəyirəm. Bütün digər 20 toponimdən fərqli olaraq, Tiflis adının birmənalı şəkildə Tbilisi adı ilə əvəz edilməsi hökm edilmir, mötərizədə Tiflis adının saxlanması bu toponimin Tiflis şəklində işlənməsini də məqbul sayır.


Onda biz niyə dilimizə və tarixilik prinsipinə uyğun olaraq onu Tiflis yox, dilimizdə çətin tələffüz olunan Tbilisi şəklində işlədirik?”, - deyə QAİ sədri bildirib.


Bizim.Media

Избранный
15
2
bizim.media

6Источники