Moskva və Yeni Dehli Rusiyada hindistanlı işçilərin hüquqlarını təmin edəcək və yaxın illərdə daha çox mütəxəssisin cəlb edilməsinə imkan verəcək sazişi müzakirə ediblər.
Publika.az xəbər verir ki, “The Economic Times”ın yaydığı məlumata görə, sənəd Vladimir Putinin Hindistana səfəri zamanı imzalana bilər.
Bildirilir ki, səfər dekabrın 5-6-da baş tuta bilər. Putin ayın əvvəlində baş nazir Narendra Modi ilə görüşməyi planlaşdırdığını bildirib. Rusiya səfiri Denis Alipova qeyd edib ki, hər iki tərəf müxtəlif mövzular üzrə böyük sazişlər paketi hazırlayır.
Qeyd olunur ki, iki ölkənin əmək nazirləri noyabrın 5-də Dohada keçirilən görüşdə əmək miqrasiyası məsələsini müzakirə ediblər. Rusiya Əmək Nazirliyi 2025-ci ildə təxminən 235 min nəfərlik xarici işçilər üçün ümumi kvota müəyyən edib ki, bunun da 71 mindən çoxu Hindistan vətəndaşları üçün ayrılıb.
Xatırladaq ki, yayda Ural Ticarət və Sənaye Palatasının rəhbəri Andrey Besedin bir milyona yaxın hindlinin Rusiyaya gəlməyi planlaşdırdığını bildirsə də, agentlik bu məlumatı təsdiqləməyib. Hazırda Rusiyada hindlilər ən çox tikinti və toxuculuq sahəsində işləyirlər, lakin maşınqayırma və elektronika mütəxəssislərinə maraq artır.