RU

Səudiyyə Ərəbistanı dekabr ayında Asiya və ABŞ üçün neft qiymətlərini endirəcək.

Finss.az xəbər verir ki, Dövlətə məxsus Saudi Aramco şirkətinin açıqlamasına görə, Səudiyyə Ərəbistanı dekabr ayında Asiya alıcıları üçün neft qiymətlərini kəskin şəkildə endirəcək.

Asiyaya tədarük edilən əsas növ olan Arab Light-ın qiyməti barel üçün 1,20 dollar düşəcək. Saudi Aramco qeyd edib ki, bu, Oman/Dubay xam neft səbətindən 1 dollar baha olacaq.

ABŞ üçün bütün növ neftin qiyməti barel üçün 0,50 dollar azalacaq, Şimal-Qərbi Avropa və Aralıq dənizi üçün qiymətlər isə dəyişməz qalacaq.

Избранный
7
fins.az

1Источники