RU

Qızılın qiyməti 4050 dollar həddini KEÇİB

Yazını böyüt
Yazını kiçilt

Ticarət məlumatlarına əsasən, Comex birjasında (Nyu-York əmtəə birjasının bölməsi) 2025-ci ilin dekabr fyuçersləri üzrə qızılın qiyməti bir troya unsiyası üçün 4050 dolları ötüb.

Hafta.az xəbər verir ki, Bakı vaxtı ilə saat 05:22-yə olan məlumata görə, qiymətli metalın qiyməti 4 054,30 dollar olub (1,16% artım). Saat 05:36-da isə qızılın qiyməti artaraq bir unsiya üçün 4 061,90 dollara çatıb (1,35% artım).

Ekspertlər bildirirlər ki, qiymətin artımına qlobal iqtisadi qeyri-sabitlik, inflyasiya ilə bağlı narahatlıqlar və investorların riskli aktivlərdən uzaqlaşması səbəb olub.

Избранный
15
16
hafta.az

10Источники